Menu

"ABŞ Türkiyənin yanında terror dövləti yaratmağa çalışır" - Soylu

22.04.2023, 19:11
"ABŞ Türkiyənin yanında terror dövləti yaratmağa çalışır" - Soylu

“ABŞ Türkiyənin yanında terror dövləti yaratmağa çalışır”. Publika.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib

“Gezi hadisələrindən (İstanbulda 2013-cü ildə iğtişaşlara çevrilən etiraz - red.) sonra Türkiyə sərmayələrin azalmasına səbəb olan bir sıra hadisələrlə üzləşdi. Buna pandemiya da əlavə olundu. Biz dünyanın ən böyük problemi - miqrasiya dalğası ilə qarşı-qarşıyayıq. Amerika bizim yanımızda terror dövləti yaratmaq istəyir. Biz tədbir görürük. Buna qarşı dörd böyük əməliyyat həyata keçirmişik”, - Soylu CNN Türk-ə müsahibəsində bildirib.

“Amerikasız bu risk aradan qalxmayacaq. Əfqanıstanla nə ediblər? İraq və Suriyanın dirçəlməsi asan deyil. Sabit xərclər var. Bu asan məsələ deyil. Amerika uzun müddətdir terror dövləti yaratmağa çalışır. Doğrudanmı Türkiyənin bununla mübarizə apara bilməyəcəyini düşünürlər... Dünən Hakkaridə idim, Kato Marinos bölgəsində terror təşkilatı üçün logistika zonası var idi. Katoda əməliyyat keçirəndə, yüzlərlə terrorçu var idi. Biz ora maddi-texniki resursların ötürülməsinin qarşısını aldıq, həm maddi-texniki, həm də insan resurslarının ötürülməsini dayandırdıq”, - deyə Soylu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol