2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.





Şərhlər
Qəşşəəəəəng!!!!Təbriklər!!!!Bax bu ayrı məsələ.A balam,dövlətin sərhəd keçid məntəqəsi olar daa.Yoxsa it də keçir qurd da.Biləmmirik kimdilər nəçidirlər,nə aparırlar nə gətirirlər.Gözləməkdən gözümüzün kökü saraldı ee vallah.Sükanı belə saxla!Davamı gəlsin.Bir şeyi dəqiq bilməliyik;bizə hərbə-zorba gəlirlər ki biz ehtiyatlanaq,ən adicə haqqımızdan istifadə etməyək,amma yerimizdə dayandıqca üstümüzə gələcəklər.Biz öz torpağımızda sərhəd keçid məntəqəsi qurmuşuq,buyursunlar nə deyəcəklərsə əsaslandırsınlar.Olmazsa bütün dünya ölkələri öz sərhəd keçid məntəqələrini hər yerdən götürsün,dünya olsun açıq qapı.Biz də gedək istədiyimiz ölkədən nə istəsək daşıyaq gətirək.Yox əgər götürmək mümkün deyilsə demək ki bizə də mümkün deyil.Bu kadar net yani kardeşim.
İlham Əliyev "Nəyin ne zaman və necə olacağını mən gözəl bilirəm". Bəli demək ki, Qarabağda daşların yerine oturması üçün, sadəcə zaman. Ona görə də 44 günlük qələbədən sonra Xankəndində baş verən olayalardan əndişə duyanlara həmişə tövsüyyəmiz o olurdu ki, az səbr.