Menu

Rəsmi Bakı İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

23.04.2023, 22:59
Rəsmi Bakı İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib

İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, - A.Hacızadə qeyd edib.

Şərhlər

t.ədalət 2023-04-24 00:08:56

Paşinyan heç bir tədbir görə bilməyəcək.Çünki Bayraqların yandırılmasını təşkil edən rus kəşfiyyatıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol