Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” iddialarına sərt cavab verib. Daha doğrusu, Baydenə həddini göstərib.

"AzPolitika.info" xəbər verir ki, Çavuşoğlu öz tviter hesabında Baydenin iddialarını saxtakarlıq olduğunu bəyan edib.

O bildirib ki, siyasi şarlatanlar yenidən səhnəyə çıxıb.

“Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, - o deyib.

Qeyd edək ki, tez-tez sayaqlamaları ilə yadda qalan Bayden daha əvvəl də 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu iddia etmiş, türk düşmənu olduğunu nümayiş etdirmişdi.