Menu

“Ukrayna ordusu bu istiqamətdə irəliləyib” - ABŞ Müharibə Araşdırmaları İnstitutu

25.04.2023, 12:48
“Ukrayna ordusu bu istiqamətdə irəliləyib” - ABŞ Müharibə Araşdırmaları İnstitutu

“Ukrayna qüvvələri Verxnokamenskin şimal-şərq(Kremennaya şəhərindən 18 km məsafədə) və Beloqorovkanın cənub-şərq(Kremennaya şəhərindən 12 km məsafədə) istiqamətində müəyyən irəliləyiş əldə edib”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu 24 aprel tarixinə aid hesabatında bildirib.

Məlumatda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Kremennaya istiqamətində bir qədər irəliləməklə yanaşı, işğalçı ordunun Luqansk vilayəti ərazisindəki logistika xətlərinə və anbarlarına zərbələr vurmaqda davam edirlər.

Hesabatda o da bildirilir ki, Rusiya ordusu ötən gün ərzində Baxmut və Avdeyevka istiqamətində hücum əməliyyatlarını davam etdirsə də, heç bir uğur qazana bilməyib.

Qeyd edək ki, ötən gün Ukrayna Ordusunun Xerson vilayətində Dneprin sol sahilinə keçərək, hücum əməliyyatları həyata keçirdiyi barədə məlumatlar yayılıb. Hələik bunun gözlənilən əks-hücumun başlanğıcı olub-olmadığı və ümumiyyətlə, bu hücumun əsas istiqamətinin hara olacağı bilinmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol