Menu

“RUSİYA ABŞ-la NÜVƏ MÜNAQİŞƏSİNƏ YAXINLAŞIR” - Yermakov

25.04.2023, 14:37
“RUSİYA ABŞ-la NÜVƏ MÜNAQİŞƏSİNƏ YAXINLAŞIR” - Yermakov

Vaşinqtonun Ukraynaya dəstəyinə görə Rusiya ABŞ-la nüvə münaqişəsinə yaxınlaşır.

“AzPolitika.info” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Slahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov Rusiya mətbuatına müsahibəsində deyib.

Yermakov bildirib ki, hazırda iki nüvə dövləti arasında birbaşa hərbi qarşıdurma riski durmadan artır: “Əgər ABŞ Rusiya ilə mövcud qarşıdurma kursunu davam etdirsə və bu risklər birbaşa silahlı münaqişəyə çevrilmək ərəfəsində davam edərsə, o zaman START-ın (nüvə silahları müqaviləsi) taleyi ilə bağlı gözlənilməz nəticələr ola bilər”.

“Bu gün ən böyük təhlükə nüvə gücləri arasında birbaşa hərbi qarşıdurma nəticəsində nüvə eskalasiyasının baş verməsidir. Təəssüf ki, bu risklər durmadan artır. Əgər Vaşinqton vəziyyəti nüvə gücləri arasında hərbi toqquşmaya apararsa, o zaman START-ın taleyi deyil, bütün dünyanın taleyi narahatlıq doğuracaq”,- deyə Yermakov bildirib.

Diplomat vurğulayıb ki, vəziyyəti yaxşılaşdırmaq üçün ABŞ dərhal deeskalasiya üzrə konkret addımlar atmalı və praktiki olaraq Rusiyanın təhlükəsizliyinə xələl gətirən düşmənçilik kursunu ləğv etməlidir.

“AzPolitka.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol