Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ekoloji avtomobillərin yürüşünü təşkil edəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Natiq Zərbəliyev bildirib.
“Məlumdur ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub. Ökəmizin bütün bölgələrində ardıcıl olaraq ulu öndərə həsr olunmuş tədbirlər keçirilir. Biz avtomobil sekotorunun nümayəndələri olaraq, öz yürüşümüzlə bu proqrama qoşulmağı qərara aldıq. Lakin bu adi yürüş deyil, avtomobil karvanı yalnız elektromobil və «hibridlərdən» ibarət olacaq” – deyə, o qeyd edib.
N.Zərbəliyevin sözlərinə görə, avtomobil yürüşləri ən mobil və baxımlı aksiyalardandır: “Dünyanın müxtəlif ölkələrində təşkil olunan bu sayaq tədbirlər tarixi hadisələrə, tarixi şəxsiyyətlərə hasr olunur. Bəzən cəmiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək üçün də avtomobil yürüşü kimi effektli alətdən istifadə olunur”.
Xatırladaq ki, ilk ekoloji avto-yürüş ötən ilin 10 may tarixində Bakı - Mingəçevir marşrutu ilə keçirilib.
“AzPolitika.info”


Şərhlər