"Rusiya rəhbərliyi nüvə təhdidlərinə ona görə əl atır ki, Kremldə işğalçıların Ukrayna cəbhəsindəki məğlubiyyətini daha çox anlamağa başlayıblar”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Şurasının(TŞ) katibi Aleksey Danilov öz sosial şəbəkə səhifəsindəki paylaşımında bildirib.
Danilov deyib ki, Rusiya ordusunun cəbhədəki vəziyyəti pisləşdikcə, isterik nüvə təhdidləri də artacaq: “Rusiyanın istənilən nüvə təhdidi acizlik və qorxunun göstəricisidir”.
TŞ katibi onu da əlavə edib ki, son zamanlar Rusiyada məğlubiyyətin və cəzanın qaçılmaz olduğunu daha çox anlamağa başlayıblar.
Xatırladaq ki, ötən gün Rusiya TŞ katibinin müavini Dmitri Medvedev növbəti dəfə dünyanı nüvə silahı ilə təhdid edib və bildirib ki, Rusiya öz mövcudluğuna təhlükə hiss etsə, birinci olaraq nüvə silahından istifadə edə bilər.
“AzPolitika.info”


Şərhlər