Rusiya sülhməramlı kontingentinin yeni komandiri Aleksandr Lentsov artıq Qarabağdadır.
“AzPolitika.info” məlumatına görə, ermənilər onun Laçın yolunun girişində - dövlət sərhədində Azərbaycanın yaratdığı nəzarət-buraxılış məntəqəsi ilə bağlı Bakı ilə danışıqlar aparacağına ümid edir
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı Andrey Volkovu vəzifəsindən azad edib. Onun yerinə Rusiya müdafiə nazirinin müşaviri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsovu təyin edib. General birinci və ikinci Çeçenistan müharibəsinin, Krım və Donbassda, Suriyada Rusiyanın işğalçı əməliyyatlarının icraçılarından biridir.
“AzPolitika.info”


Şərhlər