Menu

“Bu qruplaşmalar mühasirə, ya da yarımühasirə vəziyyətinə düşəcəklər” - General açıqladı

27.04.2023, 12:49
“Bu qruplaşmalar mühasirə, ya da yarımühasirə vəziyyətinə düşəcəklər” - General açıqladı

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna müqavimət göstərmək üçün güc toplamaq əvəzinə, işğalçılar “Putinin iradəsini” yerinə yetirirlər.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna xarici kəşfiyyatının sabiq rəhbəri, general Nikolay Malomuj Ukraynanın “OBOZREVATEL” nəşrinə müsahibəsində deyib.

General bildirib ki, işğalçı ordu Putinin siyasi qərarlarını yerinə yetirməklə, yəni Ukraynanın elə bir strateji əhəmiyət daşımayan kiçik şəhərlərinə hücum etməklə məşğuldur. Hansı ki, əslində rus ordusunun qarşısında duran başlıca çətinlik və vəzifə Ukrayna əks-hücumuna hazırlaşmaq olmalıdır: “Onlar Baxmut və Avdeyevka da daxil olmaqla, bir sıra istiqamətlərdə müdafiəni qurmaq məcburiyyətindədirlər. Çünki Ukrayna Ordusu cinahlardan və arxadan hücum etmək imkanına malikdir. Bu vaxt isə həmin qruplaşmalar mühasirə, ya da yarımühasirə vəziyyətinə düşəcəklər”.

Malomuj deyib ki, Ukraynanın əks-hücumu işğalçıların təkcə hərbi deyil, həm də siyasi məğlubiyyəti ilə nəticələnə bilər: “Putinin problemi ondadır ki, onun planları reallaşmadı. Onun ordusu Donetsk və Luqansk vilayətlərinin ərazilərini tam nəzarətə götürə və Xarkov vilayətinə çıxa bilmədi. Ona görə də o, bu hədəflərə çatmaq üçün bütün qüvvələrini döyüşə atır. Onun hərbçiləri söz verirlər ki, bu tapşırıqları yerinə yetirəcəklər. Ancaq bu, alınmır. Putin özü özünü küncə sıxışdırıb və indi oradan çıxa bilmir”.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol