Menu

Yağış yağacaq, dolu düşəcək

27.04.2023, 19:09
Yağış yağacaq, dolu düşəcək

Aprelin 28-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Şərq küləyi 30-da bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol