Avropa İnsan Haqları Məhkəməsi Rusiyanın 2008-ci ildə Cənubi Osetiya müharibəsi ilə bağlı mənəvi ziyana görə, Gürcüstana təzminat ödəməsi barədə qərar çıxarıb.
“AzPolitika.info” xəbər verir ki, qərarda münaqişə zamanı yüzlərlə insanın öldüyü, ən azı 23 min Gürcüstan vətəndaşının Cənubi Osetiya və Abxaziyadakı evlərinə qayıda bilməməsi qeyd olunub.
Məhkəmənin qərarına görə, Rusiya dəymş ziyana görə, Gürcüstana 129 milyon avro təzminat ödəməlidir.
Məhkəmə kompensasiyanın 3 ay ərzində ödənilməsinə qərar verib.
Ancaq Rusiyanın bu qərarı yerinə yetirəcəyinə ehtimal verilmir.
“AzPolitika.info”


Şərhlər