Federal Təhlükəszilik Xidməti (FTX) Yeqor Qaydar adına İqtisadi Siyasət İnstitutunun elmi direktoru Sergey Sinelnikov-Murylevi saxlayıb. Moskva Lefortovski Məhkəməsinin saytındakı cinayət işi haqqında yerləşdirilmiş arayışdan belə məlum olur ki, o, xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunub.
Aprelin 27-də məhkəmə iqtisadçısı iki ay müddətinə həbs edib. “Baza” nəşri mənbəni göstərmədən Sinelnikov-Murylevin ev dustaqlığına buraxıldığını qeyd edir. Nəşr bildirir ki, axtarışlar alimin evdə, bağçasında və iş yerində aparılıb.
Cinayət işinin təfərrüatları açıqlanmayıb. İqtisadçı Qaydar İnstitutunda işləməkdən əlavə, Rusiya İqtisadi İnkişaf Nazirliyinin tabeliyində olan Ümumrusiya Xarici Ticarət Akademiyasının rektoru vəzifəsini tutur. Qaydar İnstitutu və universitetdən həbslə bağlı açıqlama verilməyib.
Yeqor Qaydar adına İqtisadi Siyasət İnstitutu 1990-cı ildə yaradılıb. Təşkilat iqtisadi siyasət, o cümlədən liberal iqtisadi islahatların inkişafı sahəsində nəzəri və tətbiqi tədqiqatlarla məşğul olur.
İnstitutun Qəyyumlar Şurasının sədri Hesablama Palatasının keçmiş rəhbəri Aleksey Kudrindir, məzunlar arasında Rusiyanın bir neçə naziri də var.
Rasim
“AzPolitika.info”


Şərhlər