2014-cü ilin 9 ayı ərzində ölkədə 100056 yeni, o cümlədən 82177 daimi iş yerləri açılıb.
İş yerlərinin əsas hissəsi fiziki şəxslərin payına düşür.
Statistika Komitəsinin məlumatına görə, iş yerlərinin 70,6%-i regionların payına düşür. Regionların sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramının icrası dövründə yeni iş yerlərinin strukturunda Bakının payı 10%-i keçməyib.
Maraqlıdır ki, hökumət Statistika Komitəsinin şəxsində 2009-ci ildən bəri 470 959 yeni iş yerlərinin açıldığını bəyan edir. Onların 358 243-ü daimidir. Amma həmin statistik hesabatlara əsasən, ölkə iqtisadiyyatında məşğul əhalinin sayı 2008-ci ilin sonunda 4 215,5 min nəfər olub. Bu ilin üçüncü rübünə qədər onların sayı 367 min artaraq 4 582,5 min olub.
Bundan başqa, həmin dövrdə (2009-2014-cü illər) muzdlu işçilərin sayı 97,1 min aratraq 2014-cü il oktyabrın əvvəli üçün 1 507,4 min nəfərə çatıb.


Şərhlər