Rusiya ordusunda xidmət edən polkovnik Aleksandr Denisov tank mühərriki oğurladığı və bu mühərrikləri qara bazarda satdığı üçün saxlanılıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Aleksandrr Denisov 2021-ci ilin noyabrından 2022-ci ilin aprelinə qədər olan müddətdə ümumi dəyəri təxminən 250 min dollar olan 7 ədəd V-92S2 model tank mühərriki oğurlamaqda şübhəli bilinir.
Hərbi prokurorluq polkovnik Denisovun oğurladığı mühərrikləri qara bazarda satdığını iddia edib. Denisov isə bu ittihamları rədd edib.
Xəbərdə qeyd olunur ki, mayın 28-dək təcridxanada saxlanılacaq Denisov təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
“AzPolitika.info”


Şərhlər