İlhaq edilmiş Sevastopolda yanacaq çəni güclü partlayışdan sonra yanıb.
“AzPolitika.info” “Teeqram” kanallarına istinadla xəbər verir ki, ilkin məlumata görə, onu pilotsuz təyyarə vurub. Bu barədə şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvojayev məlumat verib.
Onun sözlərinə görə, yanğın sahəsi min kvadratmetrə yaxındır, ona dördüncü təhlükə dərəcəsi verilib. İnsanlardan heç biri xəsarət almayıb. Səlahiyyətlilərə görə, yanğın mülki obyektlərə təhlükə yaratmır. Alovun söndürülməsinə 18 yanğınsöndürən briqadası cəlb olunub, yanğınsöndürən qatarının gəlməsi gözlənilir.
Razvojayevin sözlərinə görə, çənlərin söndürülməsi əməliyyatı uzun saatlardır davam edir.
Bu həftənin əvvəlində Razvojayev yerüstü pilotsuz uçan aparatların Sevastopola hücumu barədə məlumat vermişdi.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra dronlar ilhaq edilmiş Krımda və Rusiya ərazisindəki hədəflərə dəfələrlə hücum edib. 2023-cü ilin fevralında pilotsuz təyyarələr tərəfindən vurulduqdan sonra Tuapsedəki neft anbarı yanıb. 2022-ci ilin noyabrında pilotsuz təyyarələr Bryansk və Oryol vilayətlərindəki neft anbarlarına hücum edib.
Rasim
“AzPolitika.info”


Şərhlər