“STALİNİ XATIRLADIR, AMMA...” - “Putin buna görə Ukraynadakı qruplaşmaya komandan təyin etmirdi”

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı hücumun əvvəlində ona görə orduya komandan təyin etmədi ki, tezliklə qələbə çalacağına ümid edirdi və qələbəni öz ayağına yazmaq istəyirdi. Daha sonra Rusiya diktatoru hərbi rəhbərliyi daim dəyişməyə və beləliklə Ukraynadakı məğlubiyyətə görə məsuliyyəti generalların üzərinə atmağa başladı”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında bildirib.

İnstitutun mütəxəssisləri Putinin davranışlarını İkinci Dünya Müharibəsində İosif Stalinin atdığı addımlarla müqayisə ediblər və belə qənaətə gəliblər ki, generallara qarşı münasibətdə Putin Stalini xatırladır: “Bu dinamika İkinci Dünya müharibəsində Sovet lideri İosif Stalin ilə Sovet İttifaqı Qəhrəmanı, marşal Georgi Jukov arasındakı münasibətlərə uyğundur. Stalin məhdud və köhnə hərbi təcrübəyə malik idi və deyildiyinə görə, Jukovun hərbi uğurlarına və şan-şöhrətinə həsəd aparırdı. Amma Putinin ümumiyyətlə, hərbi təcrübəsi yoxdur və bu da onun Ukraynaya qarşı hərbi müdaxiləyə komandan təyin etməməsinə təsir edib”.

Amerikalı ekspertlər bildirirlər ki, Putin özünü “Ukraynaya qarşı uğurlu əməliyyatın ilhamvericisi və Ali Baş Komandanı” kimi təqdim etmək istəyirdi. Bu, həm də böyük geosiyasi qələbənin Putinin ayağına yazılması demək idi. Ancaq ard-arda gələn məğlubiyyətlər Putini məsuliyyəti generallarla bölüşməyə vadar etdi.

Qeyd olunur ki, ilk dəfə Putin yalnız ötən il aprelin 22-də Ukraynadakı hərbi birləşməyə komandan təyin edib. Bu vəzifə ordu generalı Aleksandr Dvornikova tapşırıldı: “Bu, Kiyevə uğursuz hücuma cavab idi. Ancaq artıq mayın sonunda Putin bu generalı onun gözləntilərini doğrultmadığı üçün dəyişdi. Ardınca Putin hərbi rəhbərləri durmadan dəyişməyə başladı”.

Təhlilçilər hesab edirlər ki, hərbi rəhbərlərin tez-tez dəyişdirilməsi Rusiya ordusunun dağınıqlığına və komanda heyətinin təşkilatlana bilməməsinə səbəb olub. ISW həmçinin qeyd edir ki, Putinin Ukraynadakı generalları tez-tez dəyişməsi onun “qurbanlıq keçi” axtarışı ilə bağlıdır.

C. Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

dadaşyev 2023-05-01 15:21:52

Hop-hooop!Stalinin yolunu getməyə İohann Göte lazımdı,kardeşim,bu olsa-olsa Stalinin içdiyi sokunu xatırladar.

Son yazılar