Menu

Vaşinqtonda ABŞ dövlət katibi ilə Ceyhun Bayramov arasında görüş başlayıb

01.05.2023, 18:13
Vaşinqtonda ABŞ dövlət katibi ilə Ceyhun Bayramov arasında görüş başlayıb

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

“Report” xəbər verir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli TədrisMərkəzində keçirilir.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.

İkitərəfli görüşdən sonra C.Bayramov, E.Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol