“Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün əsas açardır”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken özünün “Twitter” mikrobloqunda yazıb.
“Bu həftə biz Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla yeni ünvanda - Xarici İşlər üzrə Şults Milli Tədris Mərkəzində sülh danışıqları aparırıq”, - Blinken də yazıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında danışıqlar mayın 1-dən başlayıb və həftə boyu davam edəcəyi gözlənir. Diplomatik mənbələr tərəflərin Blinkenin vasitəçiliyi ilə “yol xəritəsi” hazırlamağa çalışdıqlarını bildirib.
Rasim
“AzPolitika.info”


Şərhlər