Menu

“Bütün dünyada zülmə məruz qalan insanları qoruyacam” - Kadırov muzdlu ordu yaratmaqda qərarlıdır

03.05.2023, 12:27
“Bütün dünyada zülmə məruz qalan insanları qoruyacam” - Kadırov muzdlu ordu yaratmaqda qərarlıdır

“Dünyanın hər yerində döyüşəcək muzdlu ordu yaradacam və bütün dünyada zülmə məruz qalan insanları qoruyacam”.

“AzPolitika.info” xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov Rusiya mətbuatına müsahibəsində deyib.

Kadırov bəyan edib ki, bu ordu özünü demokratik adlandıran ölkələrə gedərək, məzlum xalqı qoruya biləcək. O, quracağı yeni muzdlu orduya dünyanın hər yerindən insanları cəlb edəcəyini bildirib.

Xatırladaq ki, Kadırov daha öncə də muzdlu ordu yaratmaq barədə fikirlər səsləndirb.

Hələ fevral ayında Kadırov “Bir gün əziz qardaşım Priqojinlə yarışacam” deyərək, yeni muzdlu dəstə yaratmaq planlarını gündəmə gətirib.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-05-03 16:46:56

Bat a dünya ,gör kimlər məzlumlardan ,zalımlardan danışır .Özü bir zibil deyil ,əli sadə çeçenləin qanına bulaşmış killer Putinə köpəklik edir , demokratik ölkələri hədələyir ,rus çökən kimi kəlləsi uçanlardan biri sən olacaqsan .Bunun qorxudan əsəbləri tab gəirmir hədyan danışmağa başlayıb

t.ədalət 2023-05-03 12:31:16

Amma ,faktiki olaraq, zalım və təcavüzkar Rusiyanın yanındasan.Körpələrin qatili Putinin verdiyi mükafatlarla fəxr edirsən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol