Menu

"Rusiya aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib" - Volodimir Zelenski

04.05.2023, 14:27
"Rusiya aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib" - Volodimir Zelenski

“Rusiya təkcə aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib. Nəticədə 17-si uşaq olmaqla 207 nəfər həlak olub”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanddakı Beynəlxalq Haaqa Məhkəməsində çıxışı zamanı deyib.

O bildirib ki, mayın 3-də Rusiyanın hücumu nəticəsində 23 mülki vətəndaş ölüb, 48 nəfər yaralanıb: “Biz istəyirik ki, bu, sonuncu müharibə olsun. Daha savaş olmasın”.

V.Zelenski həmçinin qeyd edib ki, Kreml əməllərinə görə məsuliyyət daşımalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Niderlandda səfərdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol