Menu

Çin uşaq böyütmək üçün ikinci ən bahalı ölkədir – STATİSTİKA

04.05.2023, 14:44
Çin uşaq böyütmək üçün ikinci ən bahalı ölkədir – STATİSTİKA

Çində 18 yaşına qədər uşağın böyüdülməsi xərcləri adambaşına düşən ümumi daxili məhsuldan (ÜDM) 6,9 dəfə çoxdur.

"South China Morning Post" (SCMP) "YuWa" Əhali Tədqiqat İnstitutunun araşdırmasına istinadən xəbər verir ki, Çin uşaq böyütmək üçün dünyada ən çox xərc tələb edən bahalı ölkələrdən biridir və bu, ölkədəki doğum nisbətinin aşağı düşməsi fonunda ailələrə daha çox dəstək verilməsini tələb edir.

Bu, dəyəri adambaşına düşən ÜDM-dən 7,79 dəfə yüksək olan Cənubi Koreyadan sonra dünyada ikinci ən yüksək göstəricidir. Bu, həmçinin, adambaşına düşən ÜDM-in 3,64 dəfə olduğu Almaniyadan iki dəfə, Avstraliya və Fransadan isə müvafiq olaraq 2,08 və 2,24 dəfə olan nisbətdən üç dəfədən çox bahadır.

Cənubi Koreya dünyanın ən aşağı doğum nisbətinə malikdir. Keçən il hər Cənubi Koreyalı qadına düşən uşaqların orta hesabla gözlənilən sayı, Çində 1,1 olduğu halda, 0,78-ə düşüb.

Hesabatda deyilir ki, ölkədə doğum səviyyəsini yaxşılaşdırmaq üçün daha çox ailə dəstəyinə ehtiyac var. Eyni zamanda, uşağın dünyaya gəlməsinin baha olması reproduktiv yaşda olan ailələrin uşaq dünyaya gətirmək istəyinə təsir edən ən mühüm amillərdən biridir. Bu səbəbdən ailələrin uşaq dünyaya gətirmə xərclərini azaltmaq üçün milli səviyyədə siyasət tətbiq etmək lazımdır.

Səhiyyə və Ailə Planlaşdırılması üzrə Milli Komissiyanın 2017-ci ildə keçirdiyi ümummilli sorğu göstərib ki, doğuş yaşda olan qadınların 77,4 faizi dünyaya uşaq gətirməməyi “çox qocalmış”, “uşağa baxacaq kimsənin olmaması”, “iqtisadi ağır yükləri” əsas səbəb kimi göstərib.

“YuWa”nın hesabatında Çində bir uşağın doğuşdan 17 yaşına qədər böyüdülməsinin orta dəyəri 485.000 yuan (69.430 ABŞ dolları), kolleci bitirmək daxil uşağın böyüdülməsi xərclərinin isə təxminən 627.000 yuan olduğu təxmin edilir.

Milli Statistika Bürosunun məlumatına görə, orta çinli işçi 2021-ci ildə 105.000 yuan qazanıb.

Çindəki siyasətçilər son illərdə doğum nisbətlərini təşviq etmək yollarını axtarırlar. 2022-ci ildə ölümlər son altı onillikdə ilk dəfə olaraq yeni doğulanları üstələyir.

Keçən il Çində doğum əmsalı rekord həddə - 1000 nəfərə 6,77, ümumi əhalinin sayı isə 850 min azalaraq 1,41 milyarddan bir qədər çox olub.

Çinli analar 9,56 milyon uşaq dünyaya gətiriblər ki, bu da müasir tarixdə ən aşağı göstəricidir və ilk dəfə bu rəqəm 10 milyondan aşağı düşüb.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, Hindistan, demək olar ki, 1,43 milyard insanla dünyanın ən sıx məskunlaşdığı ölkə kimi Çini ötməyə hazırlaşır.

Laçın SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol