Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Kremlə pilotsuz təyyarələrlə hücumun ardından onun ünvanına səsləndirdiyi hədələrə reaksiya verib.
Zelenskinin Medvedin hədə-qorxularını cavabı qısa olub: “Maraqsız mövzudur”.
O, əlavə edib ki, Rusiyadan olan vətəndaşlar və siyasətçilər öz ölkələrindəki iqlimi dəyişdirmək barədə düşünməlidirlər. Zelenskinin sözlərinə görə, bu, münaqişənin danışıqlar masası arxasında həll edilməsi üçün zəruri şərtdir.
Xatırladaq ki, Medvedev Kremlə hücuma cavab olaraq Volodimir Zelenskinin və onun komandasının məhv edilməli olduğunu bildirmişdi.
“AzPolitika.info”


Şərhlər