Ədalət Partiyasının MNTK-nın sədri Ayaz Əfəndiyev Altay Göyüşovun sosial şəbəkələrdə aktiv fəaliyyətinə görə iş yerindən uzaqlaşdırılmasını siyasi əqidəyə görə təqib kimi qiymətləndirib və partiyanın mətbuat xidmətinə bunları açıqlayb:
“Hər hansı bir ziyalının siyasi əqidəsinə görə işdən uzaqlaşdırılması demokratik ənənələriylə öyünən, hüquqi dövlətçilik prinsipini əldə rəhbər tutan heç bir iqtidara başucalığı gətirmir. BDU-nun rəhbərliyi bu addımı atarkən ölkəmizin demokratik imicini nəzərə almalıydı. Təəssüf ki, insan hüquq və azadlıqlarında ölkəmizin reputasiyası onsuz da mübahisəli olduğu indiki şəraitdə hər hansı bir alimin sosial şəbəkədəki aktivliyinə görə əmək fəaliyyətinə son qoyulması dövlətimizin adına yalnız növbəti qınaqlar gətirə bilər.”


Şərhlər