İstanbul Atatürk Hava Limanında prezident Rəcəb Tayyib Ərdoğanın tarixi görüşü başa çatıb.  Ərdoğan mitinq başlayandan az sonra Böyük İstanbul Mitinqi adlanan tarixi görüşə qatılanların sayını açıqlayıb. Mitinq meydanında  həmin vaxt 1, 7 milyon insanın olduğu bəyan edilib.

Ancaq mitinq başlayandan sonra da meydanına gələn yollar, küçələr insan axını ilə dolu olduğundan, Ərdoğanın tarixi görüşünə qatılanların  sayının daha çox olduğu şübhə doğurmur.  Bu, İstanbulun, Türkiyənin seçimini aydın göstərir!

***

17.03

İstanbul Atatürk Hava Limanında prezident Rəcəb Tayyib Ərdoğanın tarixi görüşünə hazırlıqlar yekunlaşır.  

"AzPolitika.info" xəbər verir ki, səhər saatlarından mitinq meydanına hərəkət edən vətəndaşlar hava limanının mitinq sahəsini tam doldurub. Böyük İstanbul Mitinqi adlanan tarixi  görüşə təxminən 1 milyondan çox iştirakçı qatııb. Gələnlərin hələ də ardı kəsilmir.  


Dünən 7 müxalifət partiyasının təşkilatçılığı ilə keçirilən Kamal Kılıçdaroğlunun Maltəpə meydanındakı mitinqində (165 min insanın qatıldığı iddia olunur-red.) mitinq sahəsinin doldurula bilməməsi, bu gün isə Ərdoğanın mitinqinə bu qədər insanın qatılması xalqın seçimini etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, Kamal Kılıçdaroğlunun doldura bilmədiyi Maltəpə meydanının sahəsi Ərdoğanın mitinq üçün seçdiyi İstanbul Atatürk Hava Limanındakı meydandanın sahəsindən 5 dəfə kiçikdir.

Onu da qeyd edək ki, AK Partiyanın Böyük İstanbul Mitinqinə saatlar qalmış İstanbulun saysız-hesabsız küçə və prospektlərində insan seli baş verib. Vətəndaşlar İstanbul mitinqində prezident Ərdoğanı qarşılamaq üçün insan axını yaradıb. Həmin görüntüləri təqdim edirik: