“Ermənistan və Azərbaycan prinsipial olaraq müəyyən şərtlərlə razılaşıblar və bir-birlərinin problemin həllinə baxışını daha yaxşı başa düşürlər”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel dünən keçirdiyi brifinqdə bildirib.
“Keçən həftə müzakirələr konstruktiv olub və biz hesab edirik ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər. Bildiyiniz kimi, hər iki ölkə prinsipcə müəyyən şərtlərlə razılaşıb və bir-birinin nöqteyi-nəzərini daha yaxşı başa düşür”, - Patel bildirib.
Patelin sözlərinə görə, əlavə xoş niyyət, çeviklik və kompromis sülh sazişinə yaxınlaşacaq.
"Biz ABŞ-ın hərtərəfli dəstəyini və rabitəsini təmin etməyə davam edirik, çünki iki ölkə dialoqu davam etdirmək əzmindədirlər”, - qeyd edib.
Xatırladaq ki, ötən həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu keçirilib.
“AzPolitika.info”


Şərhlər