Menu

Suriya-Türkiyə sərhədində saxlanılan azərbaycanlılar Bakıya göndəriləcək

19.11.2014, 20:23
Suriya-Türkiyə sərhədində saxlanılan azərbaycanlılar Bakıya göndəriləcək

İslam Dövlətinə qoşulmaq üçün Suriyaya keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşının Türkiyədə həbs olunması xəbərini Azərbaycanın İstanbuldakı Baş konsulu BBC Azərbaycancaya təsdiqləyib.

Həsən Zeynalov deyib ki, Türkiyə polisindən alınan məlumata əsasən, Türkiyənin cənubunda yaxalanan azərbaycanlılar bir ailənin üzvləridir.

Onların sənədlərilə bağlı problem olmadığı üçün “biz işlə bilavasitə məşğul olmuruq”, amma polis konsulluğu bununla bağlı mütəmədi məlumatlandırır, diplomat BBC Azərbaycancanın Türkiyədəki müxbiri İlhamə Qasımlıya deyib.

Baş konsul saxlanılan şəxslərin İstanbul hava limanından Azərbaycana göndəriləcəyini qeyd edib.

"Saxlanılan şəxslərin Suriyadakı təşkilatlarla əlaqəsi təsdiqlənibmi" sualına cavabında Həsən Zeynalov deyib ki, Azərbaycanda durumun "sabit olması və Suriyadakı vəziyyətin sabit olmadığı bəlli olduğu üçün bu şəxslərin Suriyaya terror təşkilatlarına qatılmaq niyyətləri birmənalıdılr”.

Baş konsul saxlanılan şəxslərin Azərbaycanda hüquqi məsuliyyətilə bağlı sualı cavablayarkən deyib ki, bu məsələlər “Azərbaycandakı araşdırmalardan sonra bilinəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol