Menu

“Onlar heç vaxt Aya enməyiblər” - Roqozin

10.05.2023, 14:45
“Onlar heç vaxt Aya enməyiblər” - Roqozin

“Amerikalı astronavtların 5 dəfə Aya enməsi əsassız məlumatdır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiyanın keçmiş baş nazirinin müavini Dmitri Roqozin “Teleqram”da paylaşım edib.

Roqozin paylaşımında bunları yazıb: “Son 10 ilimi Armstronqun tarixi “Apollon 11” missiyasını öyrənməyə sərf etmişəm, lakin amerikalıların kosmos yarışında qalib gəldiyinə dair heç bir sübut tapmamışam. ABŞ-nin kosmosda edəcəyi hər hansı kəşfə inanmıram. Sizcə də ABŞ-nin 60-cı illərdə etdiklərini indi müasir texnologiyalarla etməməsi qəribə deyilmi?”.

Qeyd edək ki, 20 iyul 1969-cu ildə amerikalı astronavtlar - Nil Armstronq və Buzz Aldrin Ayın səthinə enən ilk insan kimi, tarixə düşüblər. Lakin 1972-ci ildə NASA kosmosun tədqiqinin çox bahalı olduğunu əsas gətirərək, bu tədqiqatları dayandırıb.

O dövrdə Rusiya ilə gərgin kosmos yarışında olan ABŞ, Aya insan endirərək, bu yarışda qalib gəlib. Təxminən 50 ildir davam edən sui-qəsd nəzəriyyələrinə əsaslanan bəzi insanlar Ayın səthinə heç vaxt enilmədiyini, o dövrdə ABŞ-da belə bir texnologiyanın olmadığını iddia edirlər. Bəzi insanlar hətta bu kadrların studiyada çəkildiyini belə bildirirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol