Menu

“Taliban edamları dərhal dayandırmalıdır” - BMT rəsmisi

10.05.2023, 17:11
“Taliban edamları dərhal dayandırmalıdır” - BMT rəsmisi

BMT “Taliban”ı Əfqanıstanda qamçı cəzası və edamları dayandırmağa çağırıb.

“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, BMT-nin Əfqanıstandakı Yardım Missiyasının İnsan Haqları üzrə rəhbəri Fiona Frazer verdiyi açıqlamada “Taliban”ın cismani cəzasının beynəlxalq hüquqa zidd olduğunu bildirib. 

O, “Taliban” rəhbərliyini bütün edamları dərhal dayandırmağa çağırıb: “Cismani cəza işgəncələrə qarşı Konvensiyanın pozulmasıdır və dayandırılmalıdır”. O, həmçinin edamlara dərhal moratorium qoymağa çağırıb.

“Taliban”ın rəhbərlik etdiyi Əfqanıstan Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, əfqanların əksəriyyəti İslam qaydalarına və göstərişlərinə riayət edir və Əfqanıstan qanunları İslam prinsiplərinə əsaslanır: “Beynəlxalq insan haqları hüququ ilə İslam hüququ arasında ziddiyyət yaranarsa, hökumət İslam qanunlarına əməl etməyə borcludur”.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) hesabatına görə, son altı ay ərzində Əfqanıstanda 274 kişi və 58 qadın açıq şəkildə qamçılanıb.

Hesabata görə, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk dəfə 2022-ci ilin dekabrında qətldə təqsirli bilinən əfqan kişini edam edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol