Menu

“KTMT öz missiyasını Ermənistanda yerləşdirmək üçün İrəvandan təşəbbüs gözləyir" - Zaxarova

10.05.2023, 20:14
“KTMT öz missiyasını Ermənistanda yerləşdirmək üçün İrəvandan təşəbbüs gözləyir" - Zaxarova

Rəsmi İrəvanın KTMT-ni ictimai tənqid etməsi qeyri-məhsuldar yanaşmadır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı News.ru saytının jurnalisti Sona Rüstəmovanın sualını cavablandırarkən danışıb.

O, bildirib ki, hazırda təşkilat öz missiyasını Ermənistanda yerləşdirmək üçün İrəvandan təşəbbüs gözləyir.

“KTMT-nin bütün lazımi formatları, qarşılıqlı fəaliyyət kanalları yaradıldığı və ən əsası, bütün iştirakçıların bu istiqamətdə işləməyə hazır olduğu halda, Ermənistan tərəfindən təşkilatın səmərəliliyi ilə bağlı məsələlərin onun özündən kənarda müzakirə etməsi çaşqınlıq yaradır. Biz erməni tərəfdaşlardan KTMT missiyasının Ermənistanda yerləşdirilməsi üzrə əsaslı işi bərpa etmək üçün təşəbbüskar addımlar gözləyirik. Rusiya tərəfi belə bir işə hazırdır ki, bu da İrəvana yaxşı məlumdur”, - deyə Zaxarova bildirib.

Şərhlər

Roma 2023-05-10 21:29:54

ermənistan KTMT-dən Qarabağı Azərbaycandan alıb onlara vermələrini istəyir, əlbəttə rusiya da bunu istəyir, lakin bunu birbaşa edə bilmir...

t.ədalət 2023-05-10 20:38:14

Xain Rusiya hökuməti regionu dinc buraxmaq istəmir.Yenə günahsız və dinc əhalinin,körpə uşaqların qətlinə çalışırlar.Tanrı bu dövləti məhv etməyincə sular durulmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol