Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir.
Bu barədə “Caliber” məlumat verir. Ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir.
Nəşrin məlumatına görə, indiyədək beş güclü partlayış qeydə alınıb.
“İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”, - məlumatda qeyd edilib.
Müdafiə Nazirliyinin yaydığı son məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.
Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Şərhlər
Tiryaki terrorçu fars qor-qoduğunun dron təlimi keçdiyi ermənilər hazırlaşdıqları dron müharibəsi öncəsi məşq keçirlər heç şübhəsiz.Allah ordumuzu qorusun
Türkiyədə prezident seçkilərinə az qalmış ermənilərin sərhəd bölgələrində qızışdırılaraq araları qarışdıracağı gözlənilən bir şey idi.Brüssel görüşlərinin də seçki gününə salınmağı boşuna deyil yəni.Qızışdıran hansıdır:Brüssel,Vaşinqton,yoxsa Moskva?Hər üçü, kardeşim,çünki üçünün də niyyəti eynidir:münaqişənin əbədi uzanması.Münaqişə bitərsə görüşlər də bitər,görüşlər bitərsə Qafqaza burunlarını soxmağa bəhanələri qalmaz.O kadar net yani.
Biz ermənistanla təkrar müharibə etməsək,ermənilər ərazilərindəki təxribatçı və terrorçu rus hərbiçilərini qovmayacaqlar.Münaqişə zamanı baş verən hadisələrin hamısında Putinin imzası görünür.