ORDUMUZUN HƏRBÇİSİ ŞƏHİD OLDU - Ermənistanın təxribatı nəticəsində + FOTO (Yenilənib)

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafa rayonunda dəfn ediləcək.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Vurğun qəsəbə qəbristanlığında torpağa tapşırılacaq.

Belə ki, 1998-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsi sakini olub.

O, iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş.

Şəhid O.Novruzəlizadə subay olub, bir qardaşı və iki bacısı var.

Qeyd edək ki, şəhidin atası təsərrüfatla məşğul olur, anası isə ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.

***

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.

635x100

Şərhlər

ƏNHU 2023-05-11 23:50:53

Sülhün çatısını boyuna keçirməkdənsə düşməni darmadağın etmək və yalvartmaq lazımdır. b

Kasıb 2023-05-11 14:40:17

ALLAH RƏHMƏT ELƏSİN! DÜŞMƏN CAVANLARIMIZIN QANINI İÇİR.

Son yazılar