Menu

“Rusiyadan qaz alsaq da, Krımın ilhaqını tanımırıq” - Mövlud Çavuşoğlu

11.05.2023, 11:43
“Rusiyadan qaz alsaq da, Krımın ilhaqını tanımırıq” - Mövlud Çavuşoğlu

“Rusiyadan qaz alsaq da, Moskvanın Ukraynanın Krım bölgəsini ilhaq etməsini tanımırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin bitməsində maraqlıdır: “Rusiyanı da tənqid edirik. Biz soyuqqanlı, balanslı siyasət yürüdürük. Buna görə də dünyada nüfuz qazanmışıq. İndi Qərbin istəyi ilə bu mövqeyimizi itirməliyikmi?!”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol