Çərşənbə günü Pakistanın sabiq Baş naziri İmran Xanın həyatına həbsxanada sui-qəsd olub, onu öldürməyə cəhd ediblər. Bu barədə Pakistan Tehrik-e-Insaf Partiyasını (PTI) rəsmi Tvitter səhifəsindən yayımlanan videoda onun vəkilləri bildirib.
“AzPolitika.info xəbər verir ki, İmran Xanın dörd vəkili Milli Hesabat Bürosunun (NAB) məhkəməsindən icazə aldıqdan sonra onunla bir saat yarım görüşüb.
Vəkili bildirib ki, keçmiş Baş nazir döş qəfəsində ağrılardan şikayət edib:"Biz ondan işgəncə olub-olmadığını soruşduq. O, səhərdən ürəyində ağrılar olduğunu söylədi. Bu, onu öldürmək cəhdidir. Onun yatmasına icazə verilməyib. İmran Xan səhər saat 3-də polis şöbəsinə gətirilib və çarpayısı olmayan çirkli otağa salınıb. Ona çərşənbə günü səhər saat 3-dən sonra yemək üçün bir tikə də verilməyib”.
"AzPolitika.info"


Şərhlər