Menu

“Rusiya müharibənin “dondurulmasına” ümid edir” - Zelenski

11.05.2023, 14:05
“Rusiya müharibənin “dondurulmasına” ümid edir” - Zelenski

“Rusiyanın raket ehtiyatlarının tükənmək üzrədir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “BBC”-yə son müsahibəsində deyib.

Zelenski qeyd edib ki, Rusiya müharibənin “dondurulmasına” ümid edir. Lakin Ukrayna ordusu buna yol verməməlidir.

O, Rusiyanın raket ehtiyatlarının tükənmək üzrə olduğunu, onun silah təminatı, xüsusilə də artilleriya sarıdan çətinliklər çəkdiyini bildirib: “Onların anbarlarında hələ çox şeylər var. Amma biz müşahidə edirik ki, onlar bəzi rayonlarda gündəlik artilleriya atışlarını azaldıblar”.

Ukrayna Prezidenti müsahibəsində Rusiyaya qarşı sanksiyalar məsələsinə də toxunub və bildirib ki, bəzi ölkələr Moskvaya xüsusilə hərbi sənaye üzrə sanksiyalardan yayınmağa kömək edir. Zelenski Qərbi bunun qarşısını almağa çağırıb.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol