"Son 45 gündə gördüklərimi, 45 ildə görmədim”
Məmləkət Partiyasının rəhbəri Muharrem İnce Türkiyə prezidentliyinə namizədliyini geri götürdüyünü açıqlayıb.
"AzPolitika.info" xəbər verir ki, Muharrem İnce namizədliyini geri götürməsini FETO, PKK və "Millət ittifaqı" tərəfindən şantaj olunması ilə bağlayıb. Onu montaj olunmuş intim kasetlərini yaymaqla şantaj etdiklərini bəyan edib. Buna görə də namizədliyini geri götürməyə məcbur olduğunu bildirib.
Muharrem İncenin bu gün keçirdiyi mətbuat konfransındakı açıqlamasını təqdim edirik: “Mən 40 ildən artıqdır ki, siyasətdəyəm. Bu son 45 gündə gördüklərimi, 45 ildə görməmişəm. Saxta çeklər, saxta videolar.... İsrailin porno saytından video götürüb, mənim şəklimi qoyublar. FETÖ-çülərdir bunu edən. Bunu heç bir polis, heç bir prokuror araşdırmır, heç bir jurnalist bu barədə yazmır. Jurnalist elə yazır ki, sanki FETÖ-çülərə xidmət edir. “Şəxsi həyatın gizliliyi” deyilir. Bu, şəxsi həyat deyil, böhtandır. Türkiyə dövləti mənim reputasiyamı qoruya bilmədi. Nə qədər qaçaq FETÖ-çü varsa, mənə hücum edir. Mən hər gün onlarla döyüşdüm.

Bazar günü seçkiyə gedirik. Məmləkət Partiyası Türkiyə üçün çox önəmlidir. Biz o məclisdə olmalıyıq. O parlamentdə Atatürkçülər olmalıdır. Türkiyənin sığortası Məmləkət Partiyasıdır. Məmləkət Partiyasına hər evdən bir səs istəyirəm.
“Saraydan pul alıb, geri çəkilə bilmir” deyənlərə, bu alçaqlığı edənlərə deyirəm ki, mən bu fırıldaqlardan, saxta qəbzlərdən, mövcud olmayan bu böhtanlardan qorxmuram. 45 gündür onlarla mübarizə aparıram.
Mən namizədliyimi geri götürürəm, bunu ölkəm üçün edirəm. Müxalifət sabah uduzanda məni qınamasın, bəhanələri olmasın. Əks təqdirdə seçkidə uduzandan sonra, seçki səhəri bütün günahı bizim boynumuza atacaqlar”.
Qeyd edək ki, Muharrem İncenin namizədliyini geri götürməsi lazımi anda atılan doğru bir addım kimi qiymətləndirilə bilər. 45 gündür FETÖ təmsilçilərinin və PKK-nın dəstəklədiyi "Millət ittifaqı" və onun namizədi Kemal Kılıçdaroğlu ilə mübarizə aparan İnce, müəyyən dərəcədə bu ittifaqın iç üzünü açdıqdan, onların planlarını ifşa etdikdən sonra namizədliyini geri götürdü.
İncenin bu qərarını FETÖ-nün “seks kaseti” şantajı ilə bağlamasının da müxalifətə böyük zərbə olacağı şübhə doğurmur.
İncenin bu qərarından sonra Məmləkət Partiyasının seçicilərinin böyük əksəriyyətinin prezident seçkilərində ya Ərdoğanı dəstəkləyəcəkləri, ya da namizədlələrin heç birinə səs verməyəcəkləri gözlənilir.
İncenin çıxışında diqqət çəkən digər bir məqam isə “namizədliyimi geri götürürəm ki, uduzanda bəhanələri olmasın, seçki səhəri bütün günahı bizim üzərimizə yıxmasınlar” deməsidir.
İnce bununla da dolayısı ilə Kemal Kılıçdaroğlunun seçkidə qaib gəlmə şansının olmadığını bəyan edib.
Elvin
“AzPolitika.info”

Şərhlər
Zaten burcutmağından belli idi. Demek ki, vatan ve millet sevdası bazılarının dilindedir. Vatan ve milleti için ölümüne varmak ise her kişinin işi deyildir. Amma, bununla da Kılıçdaroğlunun batan gemisini Muahrrem bele kurtara bilmeyecek və bunu da Müherrem özü çok iyi bilir. Yani bilir ki, Kılıçdaroğlu bu seçimde yene düşecek. Bunun da günah onun boynunda kalmasın deye Muharrem adaylıkdan çekildi. O ki kaldı tarafdarlarının oylarına, bir kısmı bilmiyerekden İncenin kendisine oy verecek, Çünki, pusuda adı kalacak da ondan. Amma oyları sayılmayacak. Az da olsa biteref kalanlar da olacak. Kalanı da Kamala kıcık oylarını Erdoğana verecek. Kısacası Kılıçdaroğluna İnce taraftarlarından zındık bele verilmeyecek. Zaten ince çıkışında tarafdarlarına oylarınızı Kamala verin demedi. Demek ki, İncenin bu addımından udan yene de Erdoğan olacak. O ki kaldı 15 maysdan sonra, CHP-de asıl Atatürkçülerin atacakları addıma, sanıram İncenin bu jestininden dolayı, onu Kılıçdaroğlunun partideki yerine seçib, ÇHP-ni Amerikan cocukarından ve teror yandaşlarından təmizləməsinə vesile olardılar. Yoksa CHP başka cür kurtarmak mümkün olmayacak.
Ərdoğan qalib gələcək. Bu türk dünyasını qələbəsi olacaq
Qerb bunu seks kasetini yaymaqla şantaj edib ermeni kilicdaroglunun lehine geri cekilmeye mecbur etdi
Aslında o bilir ki, Kılıçdaroğlu seçilmeyecek, kendi demişken yene düşecek. Bunun günahı boynunda kalmasın deye bu addımı atdı. Sanıram bunun evezi, belke de İncenin 15 maysdan sonra CHP-nin başına getirilmesi ile ödener.