Menu

Britaniya “Storm Shadow” raketlərini Ukraynaya təhvil verib – "Müharibənin gedişatını dəyişə bilər..."

11.05.2023, 17:16
Britaniya “Storm Shadow” raketlərini Ukraynaya təhvil verib – "Müharibənin gedişatını dəyişə bilər..."

Böyük Britaniya əks-hücum əməliyyatından əvvəl “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərini Ukraynaya təhvil verib.

“AzPoltika.info” xəbər verir ki, bu barədə ABŞ-nin “CNN” nəşri məlumat yayıb.

Nəşr yüksək rütbəli məmurlara istinadla yazıb ki, bu növ silahların tədarükü müharibənin gedişatını dəyişə bilər.

Sözügedən silahın ruslar tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin dərinliklərinə dəqiq zərbələr endirməyə imkan verdiyi vurğulanıb.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol