Menu

Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib - FOTOLAR (YENİLƏNİB)

13.05.2023, 15:12
Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib - FOTOLAR (YENİLƏNİB)

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayev dəfn olunub.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, o, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və Qəbələ rayon sakinləri iştirak ediblər.

***

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayevin nəşi doğulduğu Qəbələ rayonuna gətirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi ailəsinə təhvil verilib.

Hazırda ailəsinin yaşadığı evdə M.Qarayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və Qəbələ rayon sakinləri iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub.

O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış - mayın 12-də şəhidlik zirvəsinə ucalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol