PREZİDENT YENİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Sərəncam + DOSYE (Yenilənib)

Mədəniyyət nazirinə yeni müavin təyin olunub. Prezidentin imzaladığı müvafiq sərəncamla bu vəzifəyə Fərid Cəfərov təyinat alıb.

Qeyd edək ki, Fərid Cəfərov 1982-ci il iyunun 6-da Mingəçevir şəhərində anadan olub.

O, 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub.

2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində (“beynəlxalq hüquq” ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb.

2006-cı ilin oktyabrında Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin referenti vəzifəsinə təyin olunub.

2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəffəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib.

2008-ci ilin yanvarında XİN-in attaşesi, eyni ilin oktyabrında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu-York şəhəri) attaşesi vəzifəsinə təyin olunub.

2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub.

2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyununda isə baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il 3783 № li sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilib.

635x100

Şərhlər

traybozavr 2023-05-14 17:07:04

bundan evvelki nazir də xarici işlər nazirliyindən gəlmişdi.. gəldi ve getdi.. ümumiyyətlə, bu xin öz kadlarına sahib çıxsa daha yaxşı olar... ayaqlarını hara basırlar, ora xaraba qalır.... medeniyyət, energetika, texsil, aparat ve sair.... indi de kvn-e meyle salıblar... bele getse diplomatlardan ibarət konsert-manıs destesi de formalaşacaq.... nazirlerleri de baş manıs-dirijorluq edəcək... zaten, xarici işlər nazirliyinin əlindən başqa nə gəlir ki....

mazahirroo 2023-05-14 00:27:18

hm... sağ əli XİN-in başına... xarici işlır nazirlyində də nazir müavinləri də, nazir də dəyişməlidir. Hele Fariz adlı biris de var. Mikanın dostudur deye nazir tezin olunub, kvn-den ve intriqalardan basqa elinden hec bir zad gelmir....

Adil 2023-05-13 21:44:57

Mədəniyyətimiz diplomatlaşacaq. Olmasa da "diplomat" çanta olacaq

Son yazılar