Sifarişlə oturub-durmaq Türkiyə kimi dövlətin və xalqın Prezidenti olmağa iddialı bir siyasətçiyə qətiyyən yaraşmır...
Nə zamansa Azərbaycan amilinin Türkiyə seçkilərində bu qədər təsir və müzakirə mövzusu olacağı kimsənin ağlına gəlməzdi. Bu, Azərbaycanın Türkiyə və bütünlükdə region üçün əhəmiyyətinin nə dərəcədə artdığını göstərir. Ancaq digər yandan Türkiyənin aparıcı müxalifət partiyası sədrinin və müxalifətin vahid namizədinin ölkəmizə qarşı sərgilədiyi birmənalı olmayan mövqe, ona yaxın mətbuatın Azərbaycanla bağlı apardığı təbliğat müəyyən narahatlıq və hətta məyusluq doğurur...
Azərbaycanda CHP ideyalarını dəstəkləyən və müxalifətin uğurunu arzulayanlar az deyildi, indi də az deyil. Ancaq bu adamların müxalifət liderinin davranışlarından və qutudan çıxan nəticədən məyus olduğu da göz önündədir.
Kemal Kılıçdaroğlunun və yaxın ətrafının hələ Azərbaycanla bağlı digər açıqlama və eyhamlarını bir kənara qoysaq, onun seçkiyə cəmi bir neçə gün qalmış açıqladığı “Türk yolu” layihəsində Azərbaycanı bu yoldan kənarda qoyması təkcə Azərbaycanda yox, Türkiyədə də böyük narazılıqla qarşılandı. Bu məntiqsiz və bir siyasətçi kimi qeyri-peşəkar addım qutudan çıxan səslərin nisbətində əlbəttə, həlledici olmasa da, müəyyən dərəcədə özünü göstərməmiş deyil.
Azərbaycan hər zaman, xüsusilə də məlum dəhşətli zəlzələ zamanı Türkiyəyə olan münasibətini, dəstəyini ortaya qoyub. Bəs dövlətlərimizin, cəmiyyətlərimizin bu qədər yaxınlaşdığı bir dövrdə Azərbaycana qarşı nəinki münasibətlərimizin ruhuna uyğun gəlməyən, ümumiyyətlə, qeyri-dost münasibət kimi qarşılanan bu “Türk yolu” məsələsinin ortaya atılması nəyə xidmət edirdi? Ümumiyyətlə, bu xəritənin və “layihənin” təqdimatı Kılıçdaroğlu üçün o qədərmi vacib idi? Bu, ona hansı dividentlər, hansı səslər qazandıra bilərdi ki?

Axı, nəinki hansısa təcrübəli siyasətçi, az qala ən savadsız seçici də gözəl anlayır ki, Azərbaycanın Türkiyəyə ehtiyacı olduğu kimi, Türkiyənin də Azərbaycana ehtiyacı var! Bunu Türkiyə xalqı zəlzələ dəhşətini yaşayarkən bir daha gördü...
Məntiqlə bu “Türk yolu ideyasını” yalnız ermənilər və Azərbaycanı istəməyən hansısa digər azlıqlar dəstəkləyə bilərdi ki, onların da sayı Azərbaycana minnətdar olan və məlum siyasətçidən fərqli olaraq, nankorluğu yaxın belə buraxmayan və Azərbaycanı dəstəkləyən Türk toplumu, o cümlədən Azərbaycanı sevən CHP elektoratının böyük hissəsilə müqayisədə olduqca cüzi və əhəmiyyətsizdir. Bəs belə olan təqdirdə, bu mənasız “xəritəni”, özü də məhz seçki öncəsi nümayiş etdirib, öz siyasi nüfuzuna, seçki elektoratına zərbə vurmaq nəyə lazım idi? Ümumiyyətlə, seçkiyə sayılı günlər qaldığı bir vaxtda, Türkiyənin özünün saysız-hesabsız problemləri varkən Azərbaycanı hədəfə çıxarmaq nəyə gərəkdi?
Bəlkə Kemal bəy kimlərinsə, daha doğrusu, Azərbaycanı və Türkiyənin Azərbaycan siyasətini sevməyən dairələrin sifarişini yerinə yetirir? Əgər belədirsə, sifarişlə oturub-durmaq Türkiyə kimi dövlətin və xalqın Prezidenti olmağa iddialı bir siyasətçiyə qətiyyən yaraşmır...

Hər necə olsa, Türkiyə xalqı birinci turda öz seçimini etdi və siyasətdən az-çox anlayışı olanlar ikinci turun nəticəsinin necə olacağını indidən çox gözəl bilirlər. Bir qədər subyektiv və hətta aqressiv səslənsə də, Kılıçdaroğlunun qazanması ehtimalı yoxdur!
Əvəzində, bu seçki Kemal bəy üçün son prezident seçkisi olacaq. 75 yaşında Türkiyə Prezidenti olmaq istəyən Kılıçdaroğlu 78 yaşında ABŞ Prezidenti seçilmiş Co Baydenin uğurunu təkrarlaya, yəni, siyasi karyerasının finiş nöqtəsində həyatının ən böyük uğuruna imza ata bilmədi, bunun üçün nə siyasi bacarığı, nə xarizması, nə də gücü çatmadı...
Azərbaycanda bir çoxları, xüsusilə də özlərini demokrat, qərbpərəst adlandırsalar da, mahiyyət və dünyagörüşü, eləcə də intelekt və biliklər sarıdan bu anlayışlardan çox-çox uzaq olanlar cəmiyyət və siyasi isteblişment olaraq Azərbaycanın Türkiyədəki seçkilərlə bu qədər dərindən maraqlanmasına, az qala seçkinin nəticələrinə təsir cəhdlərinə görə qınayır, irad bildirirlər. Bəli, təəssüf ki, Azərbaycan cəmiyyəti və siyasi institutları hələ də Türkiyə kimi demokratiya bayramı təsiri bağışlayan seçki keçirəcək səviyyədə deyil.
Ancaq cəmiyyətimizi Türkiyə seçkisinə aşırı maraqda günahlandıran bu adamlar hər bir həmvətənimizin Türkiyənin bizim üçün əhəmiyyətini anladığını və səmimi olaraq ona yalnız ən yaxşı olanı arzuladığını, onun inkişafını, müstəqil, qüdrətli və güclü olmasını istədiyini nəzərə almırlar.
Bizim bir zamanlar dövlət olaraq yaranmağımızda olduğu kimi, bu gün də beynəlxalq aləmdə fundamental siyasi mövqelərimizin formalaşmasında Türkiyənin rolu və gələcək addımları olduqca əhəmiyyətlidir. Odur ki, Türkiyənin daxili siyasəti bizim üçün öz daxili siyasətimiz qədər əhəmiyyətli, bizim onunla maraqlanmağımız, bəzən bu prosesə qarışmağa çalışmağımız isə təbiidir və hətta vacibdir...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Istər Azərbaycanda ,istərsədə Türkiyədə erməni -yezidi kürd kökənlilər kifayət qədər "münbit" sərait qamarlasalarda.heç nə edə bilməyəcəklər.Onlar bizlərin alt paltarı olaraq qalacaqlar.
Doğrusu mən hesab edirdim ki,bu seçkilərdə bay Kemal heç 10 faiz səs yığa bilməyəcək.Ancaq nə yazıq ki,zənnim məni aldatdı.İndi gələk səbəblərə.Adam açıq-aşkar PKK-nı dəstəkləyən HDPnın rəhbəriylə quçaqlaşır.Hakimiyyətə gələrsə Abdullah Öcalanı azad edəcəyini bəyan edir. Ermənilərə sevgisiylə fərqlənən,anası erməni,atası kürd olan Kemal Kılıcdaroğlunun yolunu isə hamıdan çox ermənilər səbirsizliklə gözləyirlər.Onu da deyim ki,bu cür ermənilər bizdə də yox deyildir.Guya ki,Kamal gəlib,sinidə bunlara demokratiya paylayacaqmış.Kimlərsə çox baş aparıb,demokratiyadan dəm vururlar və Ərdoğanı diktator adlandırırlar.Maraqlıdır bəs kimdir demokrat,hansı ölkələrdir.Bəlkə ABŞ-dır.Axı bu dövlət ucdan-tutma aborigen millət olan hinduları qırıb,vətənlərinə sahib çıxıblar.Və qan üzərində “demokratiya” qurublar.Liderləri də məlum.Ərdoğana strateji müttəfiqik deyir,arxada isə Türkiyəni yıxmaq üçün min oyundan çıxır,terror təşkilatı PKK-ya ucsuz-bucaqsız kolonlar dolu silah-sürsat göndərir.Bəlkə erməni terrorizmini bütün vasitələrlə müdafiə edən Fransadır demokratik dövlət.Hansı ki,bu dövlətin müsəlman Əlcəzairdə törətdiyi qətliamlar,açılan yaralar bu gün də qan verir.Hansını sayım.Mən hələ Azadlıq radiosunda işləyəndən bunların dabbaqdakı gönlərinə bələdəm.Mirzə Xəzəri niyə işdən azad etdilər.Çox sadə səbəb üzündən.Bu gözəl insanın 20 yanvar hadisələrinə amerikansayağı yox,canı yanan azərbaycanlı kimi yanaşmasına görə.Hansını deyim,hansını sayım.Mən qətiyyətlə bütün demokratiya haqda nağılları və demokratları rədd edirəm.Mənim üçün haqq var,ədalət var.Demokratiya isə nə haqdır,nə də həqiqət...
Katılırık. Amma tessüf ki, türk seçmeninin böyük bir kesimi, Türkiyenin bekasını göz ardı edib de, kendi seçimlerini soğan ve patatest üzerinden yapdılar. Üzüntüverici. İnanak ki, ikinci turda onların bir kısmı ne yapdıklarının farkına varıb da, Erdoğanın tarafında olarlar. Eks halda onlar arzuladıkları soğan ve patatesti yemeye dinc bir alan bele bulamayacaklar..O halde ise udan türk duşmanları, uduzan ise türk milleti ve Türkiye olacakdır. Lütfen, satılmışlara meydan verib de, evladlarınızın geleceyini karaltmayın.
Cəlal bəyə təşəkkür edirik, minnətdarıq ki, ürəyimizdən keçən duyğuları dilə gətirdi! Var olun!
Tarix boyu Türkiyye ve onun rehberleri böyük ekseriyyet olaraq haqqın yannında olublar.