Bu gün saat 15 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Paşinyan ailəsinə aid "Aykakan Jamanax" qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, A.Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir. Onlar Paşinyanın oğlunu zorla avtomobilə mindirmək istəyiblər. Ancaq bu vaxt A.Paşinyan onların əlindən çıxmağa müvəffəq olsa da, hərəkətdə olan başqa bir avtomobil onu vurub. Bunu görən təşkilat üzvləri hadisə yerindən qaçıblar.
Xəbərdə qeyd olunur ki, oğurluğu həyata keçirmək istəyənlər arasında Qarik Qaleyan adlı təşkilat üzvü də olub. Onun 2022-ci ildə məktəbi və uşaq bağçasını ələ keçirərək, terrorla həsdələdiyi bildirilir.
Qeyd olunur ki, A.Paşinyan artıq hüquq-mühafizə orqanlarına müraciət edib.
"AzPolitika.info"


Şərhlər