Menu

PUTİNƏ AĞIR ZƏRBƏ – 3,2 milyardlıq sənaye sahəsi sanksiya ilə üzləşib

19.05.2023, 11:11
PUTİNƏ AĞIR ZƏRBƏ – 3,2 milyardlıq sənaye sahəsi sanksiya ilə üzləşib

Böyük Britaniya hökuməti Rusiyadan almaz, mis, aliminium və nikel idxalına qadağa qoyur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisinin bəyanatında deyilir.

Müvafiq qanunun bu ilin sonunda qüvvəyə minməsi gözlənilir.

Böyük Britaniya hökuməti bildirib ki, Vladimir Putinlə əlaqəsi olan daha 86 nəfər və şirkət də yeni sanksiyaların hədəfində olacaq.

Qeyd edək ki, Ukraynaya qarşı qeyri-qanuni müharibəyə başlamazdan əvvəl Rusiyanın almaz sənayesi 2021-ci ildə təxminən 3,2 milyard funt-sterlinq məbləğində ixrac etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol