Menu

Bu il 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib

20.05.2023, 11:35
Bu il 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 436 min nəfərə sosial müavinət, 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çox olmaqla 326 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 213 mln. manat ödənilib.

Son 4 ayda 46 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 475 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Şərhlər

Roma 2023-05-20 12:27:36

370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib...Bu çox böyük bir rəqəmdir və maraqlıdır ki, bunlar kimlərdən ibarətdir??? 370000x500=185 000 000=

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol