“MƏHKƏMƏ HAKİMİYYƏTİ MİLLİ ORDUYA OXŞAYIR...” – “Hakimlərin “yuxarı” ilə razılaşdırmaqla qərar qəbul etməsi təcrübəsinə son qoyulmalıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Şimal-Cənub dəmir yol xəttinin açılması istiqamətində mühüm addım atıldı, İranla Rusiya 167 km-lik Rəşt-Astara dəmir yol xəttinin çəkilməsi barədə saziş imzaladı. Bunu Azərbaycanın dövlət maraqlarına zidd hesab edənlər də var. Sizin fikirlərinizi bilmək istərdik.

- Azərbaycan hökuməti ölkəmizin əlverişli coğrafiyada yerləşməsindən istifadə edərək onu nəqliyyat habına çevirə bilirsə, buna sevinmək lazımdır. Bunu deyənlər başqa ölkələrin maraqlarından çıxış edənlərdir. Bu layihə əməkdaşlığın genişləndirilməsi imkanlarını artırır, region ölkələrini bir-birindən asılı edir və sülhə töhfə verir. Bu, Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı ölkəmizə qazanc gətirəcək, iqtisadiyyatımızın inkişafına xidmət edəcək.

- Ukraynadakı hazırkı durumu necə qiymətləndirirsiniz?

- Dəfələrlə təəssüf hissi ilə qeyd etmişəm ki, Qərbin bu müharibənin qarşısını almaq imkanı olduğu halda, bunu etmədi. Putin isə Ukraynaya qoşun göndərməklə, ən böyük səhvini etdi. Hazırda Qərb müharibənin bitməsində maraqlı görünmür. Ukraynaya yavaş-yavaş, o həddə silah verirlər ki, Rusiyaya müqavimət göstərə bilsin. Rusiyanın taqətdən salınması yolu seçilib. Böyük geosiyasi məqsədlər naminə iki qardaş xalq bir-birinə qırdırılır. Görünən odur ki, Qərb Rusiyanın məğlubiyyətindən də qorxur. Bu baxımdan, sonda onu etməyə çalışacaqlar ki, sülh sazişi Ukraynanın güzəştləri hesabına əldə olunsun. Rusiyada da bunu bilirlər. Onu da bilirlər ki, Qərb sona qədər öz müttəfiqləri üçün fədakarlıq etməyə, pul xərcləməyə hazır deyil və bir gün ukraynalıları qoyub qaçacaq. Yaxın tarix bunu təsdiq edir. Məhz bu səbəbdən Rusiya müharibəni davam etdirir.

- Qüdrət bəy, sizcə dünyada baş verən dəyişikliklərin fonunda Azərbaycanı gözləyən ən böyük təhlükə nə ola bilər?

- İslahatların gecikdirilməsi.

- Nədən başlamaq lazımdır?

- Güclü məhkəmə hakimiyyətinin yaradılmasından. Bizim çoxlu vicdanlı hakimlərimiz olsa da, ümumən məhkəmə hakimiyyəti Milli Orduya oxşayır. Amma Orduda döyüş zamanı komandirlər daha sərbəst qərar qəbul etmək səlahiyyətlərinə malik olurlar, nəinki bizim hakimlər konkret işlərə baxarkən. Məhkəmə hakimiyyətinin müstəqilliyinə nail olmadan ölkəyə böyük məbləğdə investisiya qoyuluşuna, mülkiyyətin toxunulmazlığına, iqtisadiyayatın şaxələndirilməsinə və inkişafına nail ola bilməyəcəyik. Biz şərqli olduğumuzdan 100 illər ərzində formalaşmış mentalitet imkan verməyəcək ki, andlı iclasçılar institutu yaratmadan məhkəmələri məmurların iradəsinin həyata keçirilməsini təmin edən “cəza orqanı” olmaqdan çıxarıb, ədaləti təmin edə biləcək müstəqil dövlət hakimiyyət orqanına çevirək. Hakimlərin məhkəmə sədrləri ilə, sədrlərin isə yuxarı instansiya məhkəməsi ilə razılaşdırmaqla qərar qəbul etməsi təcrübəsinə son qoyulmalıdır. Bunun üçün ölkədə konstitusiya islahatlarına ciddi ehtiyac var.

Xalqcebhesi.az

635x100

Şərhlər

Loğman 2023-05-24 08:39:18

İllərdir Azərbaycanda Məhkəmə sistminin məlum meyarlarla (rüşvət,Tapşırıq,qanunlara hörmətsizlik )fəaliyyədə olduğu mətbuatda qeyd olunur,cəmiyyətdə məlum məsələdir.Ancaq bu sistemin başında duran, bu yaramazlıqları idarə edənlər uzun illərdir meydan sulayır.Ölkə rəhbərliyi sanki başqa planetdə yrləşib və ölkədə baş verən özbaçınalıqlardan.qanunsuzluqdan xəbərsiz qalıb.Belə idarəçilik insanlara əziyyət verir.hakimiyyətə qarşı nifrət yaradır.

Seçici 2023-05-23 16:45:18

Bu ölkədə hansı qanun işlər ki məhkəmə də işləsin. Qanunlar kasıblara tətbiq olunur, məmur kimandası isə qanun zad hərləmirlər

Artyom 2023-05-23 11:47:21

Normal məhkəmə sistemi normal ,qanuni və humanist dövlətlərdə övcud ola bilər. Tapılmayan şeyi axtarana nə deyilir?Boş söz yığnı!,Boşboğazlıq!

İ.Mustafaoğlu 2023-05-22 23:31:15

Qanunun aliliyinə riayət etmək üçün Vəkillər Kollegiyasında və Hakimlərin təyin olunması komissiyasında çox ciddi islahatlar aparılmalıdır !

t.ədalət 2023-05-21 11:57:41

Məhkəmə sistemi olmayan ölkə ölü kimi bir şeydir.

Səid 2023-05-20 21:56:04

Bu fikrinizlə tam razıyam. Bir müddət əvvəl rayon məhkəməsi, Aıi Məhkəmənin və Avropa İnsan Hüqüqları Məhkəməsinin xeyli sayda müvafiq qərarını nümunə göstərməyimə baxmayaraq, " yuxarı bu fikirdədir" deyib əleyhimə qərar qəbul elədi. Dedim bəs harda qaldı hakimin müstəqilliyi? Cavab vermədi! Yuxarıdakı dünya hüquq təcrübəsi əleyhinə fikir bildirir, bəs sizin vicdanla qərar vermə öhdəliyinin necə olacaq?! Qısaca yuxarının təsirini aradan qaldırrmasalar, ədalətli və müstəqil hakim qərarları olmayacaq.

Ruh 2023-05-20 17:27:18

müsahibəni ---bəyənirəm--- bunları zorla tətbiq etmək lazımdır --yəni ədalətsiz hakimi-rəhbəri cəzalandırmaq lazımdır --yoxsa uzunmüddətli və ya əbədi suverenli, layiqli -müstəqil dövləti yaradıb və saxlamaq mümkün olmayacaq

Ruh 2023-05-20 17:20:24

hardasa oxumuşam ki, Yaponlar dostluğa sadiqliklə qanuna sadiqlik arasında ziddiyyət yaranana sadqsizliyin obyektini özlərində görürülər --özlərinə sui-qəsd edirlər --seçimi öz ziyanlarına edirlər ---yəni ölmək bacarığı olan xalqlar daha yaxşı şərəfli yaşaya bilirlər dostluğunun-dövlətçiliyinin -Vətənin- qanunun ən böyük -möhtəşəm və şərəfli qurbanı öz həyatına şüurlu surətdə son qoymasıdır. İlahi həqiqət də bunu deyir --görən bunları necə babalar tərbiyə edibdir???

Ruh 2023-05-20 17:10:54

GÜCLÜ hakimiyyət müdriklik və ədalətlə birləşdiyi hallarda dövlət bəlalardan xilas olar.--

Ruh 2023-05-20 17:03:50

"Ən birinci Qanun---qanuna hörmət qanunu"--hərdən adama elə gəlir ki, ölkə yadplanetlilər (yadellilər) tərəfindən işğal olunub--bir millətin içində bu qədər hakk tanımaz--ədalətsiz- qəddar--amansız fərd ola bilməz--olmamalıdır

Son yazılar