Menu

“İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb” - ABŞ institutu

20.05.2023, 15:08
“İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb” - ABŞ institutu

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmalaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bunun əsas səbəbi ölkədə edamların sayının artmasıdır: “Dünən, mayın 19-da rejim əleyhinə 10 etiraz aksiyası keçirilib. Bu, son bir həftə ərzində üçün rekord göstəricidir. Dünən, həmçinin 3 nəfər edam edilib”.

Qərb analitiklərinin fikrincə, edamlar rejim əleyhinə əhval-ruhiyyəni gücləndirməyə davam edəcək.

Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

Şərhlər

Eli 2023-05-20 15:32:11

Beşer tarixi bu fars kimi tiryeki gerizekalı,ermeni kimi de şerefsiz leyaqetsiz ikinci bir millet,xalq görmeyib.Allah ikisinin de bekasını versin kökünü kessin ki torpaq temizlensin bunların çırkabından.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol