BAXMUT TAM İŞĞAL OLUNDU? - Son durum açıqlandı (Yenilənib)

Ukrayna hərbçiləri mövqelərini qorumağa və işğalçıları hücumlarını dəf etməyə davam edirlər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Vostok” qruplaşmasının sözçüsü Sergiy Çerevatı “Suspilne” telekanalına açıqlayıb.

“Vəziyyət ağırdır. Hərbçilərimiz şəhərin cənub-qərb hissəsində istehkam və bir neçə tikili saxlayırlar. Ağır döyüşlər gedir”, - o deyib.

Eyni zamanda, Çerevatı əlavə edib ki, işğalçılar Baxmuta simvolik önəm verirlər, lakin şəhərin ələ keçirilməsi ilə bağlı bəyanatlar verməyə tələsiblər. Onun sözlərinə görə, USQ cinahlarda düşmənə təzyiq göstərməkdə davam edir: “Rusiya bu Baxmuta elə diqqət çəkir ki, elə bil Dnepri alıblar. Əslində, axıra qədər almayıblar. Şəhər dağıdılıb, bu onlara heç bir hərbi, hətta siyasi yarar da gətirmir”.

Xatırladaq ki, mətbuatda Ukrayna Prezidenti Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini etiraf etməsinə dair məlumatlar yayılsa da, Ukrayna Prezident Ofisi məsələyə aydınlıq gətirərək bu məlumatları təkzib edib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı "Yeddilik Qrupu"nun (G7) sammitində jurnalistlərin Baxmutun Kiyevin nəzarətində qalıb-qalmadığı barədə sualını cavablandırarkən bildirib.

“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - o, ABŞ Prezidenti Cozef Baydenlə görüşdən öncə açıqlayıb.

Bunun faciə olduğuna deyən Ukrayna lideri "şəhərdən heç nə qalmadığını" vurğulayıb.

Xatırladaq ki, ötən gün Yevgeni Priqojının başçılıq etdiyi "Vaqner" özəl hərbi şirkəti, daha sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı.

"Ukraynanın Baxmut şəhəri tamamilə Rusiya ordusunun nəzarətinə keçib" - deyə  Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki,“Vaqner” özəl hərbi şirkəti artilleriya və aviasiyanın dəstəyi ilə həyata keçirilən hücumu başa çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar