Kremlin Qarabağdakı çirkli oyunlarının əsas iştirakçılarından olan erməni milyarder Ruben Vardanyan Ermənistanın Baş naziri Nikol Paşinyana videomüraciət ünvanlayıb.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Qarabağdan Paşinyana səslənən Vardanyan onu açıq mətnlə Ermənistanın maraqlarını və “erməni dəyərlərini” satmaqda ittiham edib.
Vardanyan Paşinyan hakimiyyətinin perspektivinin olmadığına işarə vurub: “Cənab Paşinyan, mən bilmirəm siz nə qədər vaxt rəhbər qalacaqsınız. Amma sizə deyirəm: Siz təhlükəli işlə məşğulsunuz. Siz erməni dövlətini, hakimiyyətinizi qorumursunuz, siz bizi qula və dəyərləri olmayan insanlara çevirməyə çalışırsınız... Bütün bunlar çox davam edə bilməz”.
Vardanyan Paşinyanı bəzi həqiqətləri söylədiyinə görə də ittiham edib. O, deyib ki, ermənilər arasında minlərlə fərarinin olduğunu söyləmək, “Qarabağa nə aidiyyatımız var” demək, kilsəyə qarşı kampaniya aparmaq Ermənistanı satmaq deməkdir.
Qeyd edək ki, son günlər Nikol Paşinyanın oğlu ətrafında baş verənlər onun hakimiyyətinə qarşı çevrilib və etirazları xeyli artırıb. Belə ki, onu “oğurlamaq” istəyən həlak olmuş erməni əsgərinin anasının həbs edilməsi ciddi etirazlara səbəb olub və müxalifəti aktivləşdirib. Vardanyan isə göründüyü kimi, bu situasiyadan istifadə edərək, Ermənistandakı siyasi proseslərə qarışmağa və ortaya siyasi iddia qoymağa çalışır.
Bütün bunlar Kremlin əvvəlcədən Vardanyanı Qarabağa göndərməkdə məqsədinin təkcə onu Azərbaycana qarşı təzyiq və təxribat vasitəsi kimi istifadə etmək yox, həm də Ermənistanın gələcək siyasi həyatında Moskvanın maraqlarına xidmət edən fiqura çevirmək olub. Vardanyan isə “iki cəbhədə döyüşməklə”, bu “vəzifəni” yerinə yetirməklə məşğuldur.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bele bir fürset çetin ki,bir de yaransın.Zaman keçecek bu xristian dünyası yene alet olan ermeniye dayaq olub kömek edecek.Meqsed ermenini qaldırmaq yox,günü günden güclenen qardaş Türkiyyenin ve diger müselman türk ölkelerinin ve mğselman dünyasının birleşmesinin ve inkişafının qarşısını almaqdır.
Son 200 ilde Rusiyaya ve diger xristian dövletlere arxakananbeemenş heç vaxt millet kimi formakaşa bilmetecek.Ne qeder ki quyunun dibinde su olmadı ve güc doğana düşmedi o millet millet kimi formalaşa bilmez.Bu tarixi fürseti elden qaçırmamslıyıq .Qısası budur