“Rusiya Federasiyasında axtarışda olan çoxlu sayda rus cinayətkar Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə köçürülüb”.
“AzPolitika.infio” xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, axtarışda olan cinayətkarlar rahat şəkildə işğal olunmuş ərazilərdə məskunlaşa bilirlər: “Rusiya polisi öz mühafizə vəzifələrini yerinə yetirə bilmir. Kiçik bir “mükafat”a görə yerli polis buna məhəl qoymur. Onlar işğal olunmuş şəhərlərdə cinayətkarların yerləşdirilmsənə şərait yaradırlar”.
Rus cinayətkarların bu ərazilərdə yerli əhalinin qorxudulması və partizan hərəkatına qarşı mübarizədə istifadə olunduğu bildirilir.
“AzPoltika.info”

Şərhlər