Menu

“Ən son terrorçu məhv edilənədək mübarizəmiz davam edəcək” – Hulisi Akar

23.05.2023, 17:51
“Ən son terrorçu məhv edilənədək mübarizəmiz davam edəcək” – Hulisi Akar

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu gün Kayseri Universitetinin təşkil etdiyi “Terrorla mübarizə və Suriya problemi” konfransında maraqlı açıqlamalr verib.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir terrorla mübarizənin böyük əzmlə davam etdiyini bildirib: “Biz Türkiyədə yaşayan 85 milyon insanı terror bəlasından xilas etmək əzmindəyik. "Terrorçular haradadırlarsa, hədəf oradır" anlayışı ilə mübarizəmizi davam etdiririk. Hərbçilərimiz Suriyada və İraqın şimalında terrorçuların “girmək mümkün deyil” dediyi yerlərə çıxdı və onların yuvalarını dağıtdı. Mağaraları, dəlikləri başına uçuruldu və beləliklə sərhədlərimizdə güvənli dəhlizi yaratdıq. Bitmədi, ən son terrorçu məhv edilənədək mübarizəmiz davam edəcək, durmaq, dayanmaq yoxdur!”

Nazir Akar Türkiyədəki suriyalı qaçıqlnlarla bağlı isə bunları deyib: "Türkiyəyə sığınan 3 milyon 300 min Suriya vətəndaşı var. "Bunların burada nə işi var" deyirlər. Əvvəldən təkrar edirik. Millətimizin bir zadəganlığı, tarixi, dəyərləri var. Onlar ümidsizcəsinə sərhədlərimizə gəliblər. Qucağında uşaqları olan valideynlər qapımızı döyüb.Onları necə içəri buraxmayaq? Qanunsuz olaraq sərhəd-filan keçməyiblər. Bura şüurlu və humanitar bir dəyər sisteminə güvənərək gəliblər. “Barış qalxanı” əməliyyatı da daha çox qaçqın gəlməməsi üçün həyata keçirildi”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol