Menu

“Mənimlə hələ çox əziyyət çəkəcəksiniz” - Lukaşenko ölməyə hazırlaşmadığını bildirib

23.05.2023, 22:47
“Mənimlə hələ çox əziyyət çəkəcəksiniz” - Lukaşenko ölməyə hazırlaşmadığını bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko internetdə onun xəstəliyi ilə bağlı fərziyyələri şərh edərkən bu cür mülahizələrə son qoymağa çağırıb və ölməyə hazırlaşmadığını vurğulayıb.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı səhiyyənin aktual məsələlərinə dair müşavirədə danışıb.

Belarus Prezidenti adenovirusa yoluxduğunu açıqlayıb: “Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus ya nə idi onun adı? Adenovirus”.

O əlavə edib ki, iş qrafiki çox olduğundan müalicə olunmaq imkanı olmayıb və “hər şey üst-üstə yığılıb”.

“Ona görə də, uşaqlar, mən öləsi deyiləm. Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz”, – Lukaşenko xəbərdarlıq edib.

Xatırladaq ki, Lukaşenko mayın 9-da Moskvaya səfər etdikdən sonra bir neçə gün ictimaiyyət qarşısına çıxmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol